Siyasət

13 İyun

Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusu bağlandı

bp Abşeron yarımadası ətrafında dayazsulu hissənin (AYDH) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator olaraq bildirir ki, üçüncü geoloji-kəşfiyyat quyusu 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanmış və daimi tərk edilib.

"Fins.az" xəbər verir ki, bu barədə bp məlumat yayımlayıb.

Məlumata görə saziş sahəsinin Cənub Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ ərazisində qazılmış bu quyuda  iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdır.

Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan “Satti” özüqalxan qazma qurğusu AYDH proqramında iştirakını bitirmişdir. 

QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılmışdı. Quyunun qazılmasına aprel ayının 4-də başlanmışdı  və əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılırdı. Əsas hədəfdə karbohidrogen ehtiyatları müşahidə olunmadığından qazma əməliyyatları 2185 metr dərinlikdə dayandırılmışdır. 

bp AYDH layihəsinin operatorudur və  kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50% və LUKOİL - 25%.