Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır
"Fins.az" xəbər verir ki, bunu Millət Vəkili Vüqar Bayramov Azərbaycanın Avropaya qaz ixracına münasibət bildirərəkən deyib. O bildirib ki,Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk 5 ayında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.2 dəfə artıraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib.
O qeyd edib ki, bütövlükdə, bu arada Azərbaycanın qaz ixracatı 27.0 faiz artıraq 9.4 milyard kub metrə çatdıb. Bu müddətdə ölkəmizdə 19,6 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.
Qeyd edək ki, Rusiyanın bir sıra Avropa ölkələrinə mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. "Qədim qitə" alternativ mənbələrdən qaz idxalını artırmağa çalışsa da hələlik və bəlli bir müddət "Qazprom" Avropada dominatlığını qoruyub saxlamağa çalışır.
Vüqar Bayramov ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı rola da toxunaraq "Bu ilin ilk 5 ayının nəticələri də göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyinin daha gücləndirir,"-deyə bildirib.