Yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27 faiz çox olub.
"Fins.az" xəbər verir ki, bunu Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov rəsmi tvitter hesabında yazıb.
O bildirib ki, ixracın 48 faizi Avropanın, 38 faizi Türkiyənin, 14 faizi Gürcüstanın payına düşüb.