Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 1,8 milyard ABŞ dolları təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2022-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının Tədiyə Balansında məlumat yayımlanıb.
Məlumata görə, I rübdə investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 59,5 % olub ki, bu da 1 il əvvələ nisbətən 29,7 faiz bəndi azdır.