Siyasət

09 İyun

Yellen: 8 faizlik inflyasiya qəbuledilməzdir

ABŞ Maliyyə Naziri Janet Yellen illik 8 faizlik inflyasiyanın ABŞ üçün "qəbuledilməz" olduğunu ifadə edərək, inflyasiyanın 10 il davam edəcək bir problem olmadığını düşündüyünü bildirib.
"Fins.az" xəbər verir ki, Yellen 2023-cü maliyyə ili üçün büdcə tələbinin müzakirə edildiyi Nümayəndələr Palatasının Gəlirlər Komitəsinin iclasında iştirak edib.

Məlumata görə, komissarların hiperinflyasiya ilə bağlı suallarını cavablandıran Yellen, “8 faiz ABŞ-da qəbuledilməz inflyasiya səviyyəsidir” deyə qeyd edib. 

Yellen, inflyasiyanın azaldılmasının ABŞ prezidenti Co Baydenin “bir nömrəli məqsədi” olduğunu təkrar edərək, Rusiyanın Ukraynaya qarşı müharibəsinin yüksək inflyasiyanın əsas səbəbi olduğunu vurğulayıb. 

Janet Yellen isə FED-in uzunmüddətli orta inflyasiya 2 faizlik hədəfini "uyğun hədəf" olaraq qeyd edib.