Siyasət

08 phrase_var_core.june

Azərbaycanın neft kəmərlərində itkiləri kəskin azalıb

Bu ilin birinci rübündə Azərbaycanda neft kəmərlərində 0,6 min ton itki olub, bu da illik müqayisədə 25% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 0,8 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-mart ayında Azərbaycanda magistral neft kəmərləri ilə 8 642,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,44% azdır. Nəqletmənin 77,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 6 675 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,9% az).

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,3 min ton itki olub, bu da illik müqayisədə 17,9% çoxdur. Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i BTC ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).

© APA