Siyasət

03 İyun

BNEZ 50 günlük planlı təmirdən sonra fəaliyyətini bərpa edib

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) 50 gün davam edən planlı təmir işlərindən sonra fəaliyyətini bərpa edib.

Bunu jurnalistlərə açıqlamasında “SOCAR Downstream” şirkətinin direktor müavini Emil Alxaslı deyib.

“Təmir işləri proqramı aprelin 4-dən etibarən 50 gün davam edib və zavod mayın 27-də fəaliyyətini bərpa edib. Yeni qurğuların (“Avro-5” standartına uyğun dizel istehsalına başlamaq üçün) iyun-iyul aylarında istismara verilməsi planlaşdırılır”, - deyə o bildirib.

(c)İnterfax