Siyasət

03 İyun

Bakı Neft Emalı Zavodunda Xəzər regionunun digər ölkələrinin də nefti emal olunacaq

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) 4,3 min ton benzin və təxminən 6,5 min ton dizel yanacağı istehsal olunur.

Bunu Bakı NEZ-in modernləşdirilməsi layihəsinin baş direktorunun müavini Emil Alxaslı deyib.

Onun sözlərinə görə, yeni qurğuların istismara verilməsi ilə əlaqədar bu yanacaq növlərinin istehsalı artacaq.

"Zavodun modernləşdirilməsindən sonra həm Azərbaycan neftini, həm də Xəzər regionunun digər ölkələrinin neftinin emalı nəzərdə tutulur", - deyə o bildirib.