Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 4,207 milyard kubmetr təbii qaz qəbul edib.
Bunu qurumun Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cərəfov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 329 milyon kubmetr və yaxud 8,5% çoxdur: "O cümlədən "mavi yanacaq" qəbulunda əhali xətləri üzrə 24 milyon kub metr azalma, sənaye xətləri üzrə isə 353 milyon kubmetr artım olub".