Siyasət

03 İyun

“Equinor” şirkəti gəlirlərinin 50%-ni bərpa olunan enerji mənbələrinə yatıracaq

Norveçin “Equinor” şirkəti gəlirlərinin 50%-ni bərpa olunan enerji mənbələrinə yatıracaq.

Fins.az xəbər verir ki, bunu “Equinor” şirkətinin Azərbaycan üzrə meneceri Stiq Alland Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda çıxışı zamanı bildirib.

O, şirkətin neft-qaz sahəsinin müxtəlif istiqamətlərinə, məsələn, təbii qaza investisiya yatırdığını xatırladıb.

Alland neft-qaz sahəsini inkişaf etdirmək üçün rəqəmsallaşmanın vacibliyini vurğulayıb və bunun üçün birgə fəaliyyətin zəruri olduğunu deyib.

“Əgər yeni enerji mənbələrinə keçid mərhələsində və neft-qaz sahəsində uğurlu olmaq istəyiriksə, əlimizdə olan məlumatları bölüşməliyik”, - o deyib.