Azərbaycanın qaza artan tələbatı ödəmək imkanı var və hazırda Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropaya ixrac edilik.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.
"Amma artan tələbatı bu layihə qarşılamaq iqtidarında deyil, ancaq biz də bununla bağlı işlər aparırıq", - R. Nəcəf qeyd edib.
SOCAR rəsmisi əlavə edib ki, qaz layihələrinin reallaşdırılması üçün maliyyə institutları ilə əməkdaşlıq artırılmalıdır:
O hesab edir ki, hələ bir neçə illər neft və qaza olan tələbat sabit olaraq qalacaq: "Neft-qaz proseslərində ekoloji məsələlərə əməl edilməlidir. Təəssüf ki, qaz sektoru son illər investisiya azlığı ilə üzləşir, amma bunu inkişaf etdirmək lazımdır. Azərbaycan da qaz ixracatçısıdır".
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
© Report