Siyasət

02 İyun

Rövşən Nəcəf: Hazırda bununla bağlı müzakirə aparmaq heç də asan deyil çətinləşir

Hazırda partnyorlarımız və tərəfdaşlar və alıcılarla Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılır.

"Fins.az" xəbər verir ki, bunu SOCAR-ın prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf deyib.

O bildirib ki, biz inanırıq ki,bu bizim üçün yaxşı bir fürsətdir ki,bu prosesə dərhal başlayaq.İkinci məsələ odur ki,bütün bu layihələri kimlər maliyyələşdirəcək?.Bu da maraqlı bir sualdır.Əlbəttə ki, Cənub Qaz Dəhlizi layihəsinə rəhbərliyi Azərbaycan özü edir və maliyyə institutları ilə danışırıq.

Rövşən Nəcəf maliyyə qurumları ilə danışıqlara toxunaraq "Lakin son bir neçə ay ərzində maliyyə qurumlarının burada yanaşması əsas etibarilə Avropa İttifaqı ölkələrində hətta boru kəmərləri layihələrinin də maliyyələşməsini də dəyişdiriblər .Hazırda bununla bağlı müzakirə aparmaq heç də asan deyil çətinləşir.Düşünürəm ki,hazırda dəyişiklik olsa da əsasən boru kəmərlərinin maliyyələşməsi təmin olunsun,"-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva