Dünyada enerji ilə bağlı çatışmazlıq fonunda, İran enerjiyə olan tələbatın bir hissəsini təmin etməyə hazırdır
"Fins.az" xəbər verir ki, "Enerji Forum"-unda İran İslam Respublikasının Neft Naziri Cavad Ovci deyib.
O, İranın qonşu olkələr sayəsində təbii qazın nəqlini davam etdirmək niyyətində olduğunu qeyd edərək bildirib ki, hazırda 30 mln. kubmetr qaz Türkiyəyə ixrac olunmaqdadır və bu həcmin artırılması nəzərdə tutulur. "Bununla yanaşı 60 mln. kubmetr İraqa nəql edilir. Ötən il Azərbaycan və Türkmənistan arasında bağladığımız müqaviləyə əsasən isə 1,5 mlrd. kubmetr qaz il ərzində nəql olunacaq",- deyə Cavad Ovci qeyd edib.
O bildirib ki,İranın təbii qazın gündəlik istehsal həcmi 2 mlrd kubmetrrə çatdırılıb, neft hasilatı üzrə bu göstərici 4 mln. barel təşkil edir.
"Növbəti illərdə 1,4 mlrd. kubmetr qazın hasilatı nəzərdə tutulur, xam neftinin hasilatı isə gündəlik 6 mln. barelə çatdırmaq niyyətindəyik",- deyə nazir qeyd edib.