"İndiyədək "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 555 mln. ton neft hasil edilib".
Fins.az xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, bu yataqlardan indiyədək 168 mlrd. kubmetr qaz və 36 mln. tona yaxın qaz kondensatı hasil edilib.
Nazir qeyd edib ki, bu layihələr çərçivəsində 163 mlrd. dollardan artıq gəlir əldə edilib.