Siyasət

01 İyun

Makron: Aİ Rusiyadan neft ixracını 92% azaldacaq

“Avropa İttifaqı bu ilin sonuna kimi Rusiyadan neft ixracını 92% azaldacaq”.

Bu barədə Fransa prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bildirilib ki, Rusiya Aİ-nin neft embarqosu səbəbilə təxminən 22 milyard dollar itirəcək.

© RİA Novosti