Siyasət

01 İyun

Nazir müavini: Biz "yaşıl enerji"-ni o ölçüyə qədər dəstəkləyirik ki, o iqtisadi  cəhətdən rentabelli olsun

Biz yaşıl enerjini o ölçüyə qədər dəstəkləyirik ki, o iqtisadi  cəhətdən rentabelli olsun

Bunu "Fins.az"-a açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov  deyib.

O bildirib ki, Azərbaycan "yaşıl enerji"-yə keçidə çox əhəmiyyət verir. "Yaşıl enerji" bizə rentabelli olduğu ölçüdə maraqlandırır. Ekoloji təmiz enerji əhəmiyyətlidir amma bunun qiyməti də əhəmiyyətlidir.Ona görə ki, əgər siz enerjini baha əldə edirsinizsə yaşıl da olsa nəticə etibarı ilə bahalıdır. Nəzərə almaq lazımdır ki,bunu dövlət yaxud cəmiyyət ödəməlidir.Bu ikisi arasında heç bir fərq yoxdur.Biz yaşıl enerjini o ölçüyə qədər dəstəkləyirik ki, o iqtisadi  cəhətdən rentabelli olsun.

Elnur Soltanov konkret misallar göstərərək "Yəni bir Avropa ölkəsində elektrik enerjisinin klovat/saatı 20 sentdir və onlar 15 sentə yaşıl enerji ala bilirlər.Azərbaycanda isə enerjinin kilovat-saata 3 sent ətrafındadır.Biz ancaq bu çərçivədə "yaşıl enerji"-yə keçid etmək istəyirik.Ona görə ki,bundan əlavə olan məbləği dövlət ödəməlidir.Dövlətin də bu gün qarşısında böyük öhdəliklər var.Qarabağın bərpa olunması kimi nəhəng layihələrin olduğu nöqtədə yaşıl enerji-nin hansı optimal səviyyədə əldə edilməsi çox əhəmiyyətlidir," -deyə bildirib.

Müəllif: Aynur Qəniyeva