Neft bazarında gözlər OPEC+ -un cümə axşamı keçirilən iclasına çevrilib.
İcalsadan əvvəl WSJ-nin koalisiya üzvlərinin Rusiyanı hasilat müqaviləsindən kənarlaşdıracağı xəbəri qiymətlərdə dalğalanmalara səbəb olub.
Neft bazarı cümə axşamı OPEC+ koalisiyasının iclasına çevrilib.
Görüşdən əvvəl Wall Street Journal-da çıxan xəbərlər qiymətlərdə dalğalanmalar yaratdı. Məlumata görə, OPEC üzvləri Rusiyanı hasilat sazişindən çıxarmağı düşünür.
RBC Capital-ın dəyərləndirməsinə görə Rusiyanın kənarda qalması OPEC+ koalisiyasının hasilat razılaşmasına erkən son qoymaq və Səudiyyə Ərəbistanına planlaşdırıldığından daha çox neft tədarük etmək üçün yol açacaq.
Bu həftənin xəbərləri fonunda 123 dollar görən Brent nefti 116 dollar səviyyəsində sınaqdan keçirilib. ABŞ xam nefti də 115 dollar təşkil edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 OPEC üzvü və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin enerji və neft nazirləri cümə axşamı günü görüşəcək.
İclasda OPEC+ qrupunun iyul ayı üçün hasilat siyasəti qiymətləndiriləcək. OPEC+ qrupu iyun ayında hasilatı gündəlik təxminən 432 min barel artırmaq qərarına gəlib.