Siyasət

01 İyun

“Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb” - Zelenski

“Avropa İttifaqı Rusiyaya qarşı Rusiyadan neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutan 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəlib”.

“Fins.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Nəhayət, bu müharibəyə görə Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiya paketi ilə bağlı konkretliklərimiz var. Paket razılaşdırılıb. Onun təsdiqlənməsi və qüvvəyə minməsi müəyyən vaxt aparacaq. Amma paketin əsas elementləri artıq aydındır və ən əsası onun istiqamətidir”, - Zelenski bildirib.

 

Beləliklə, Prezidentin sözlərinə görə, Avropa ölkələri Rusiyadan neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına razılaşıblar.

 

"Mən bu razılaşmaya nail olmaq üçün əməyi keçən hər kəsə minnətdaram. Nəticə isə mənfi on milyardlarla avrodur ki, Rusiya bundan sonra terroru maliyyələşdirməyə yönəldə bilməyəcək", - o vurğulayıb.

Mayın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiya Federasiyasına qarşı neft embarqosu və “Sberbank”ın SWIFT-dən ayrılmasını da nəzərdə tutan sanksiyaların altıncı paketini təqdim edib