Siyasət

26 May

Nazir: “Akıncı” PUA-sının Azərbaycanla birgə istehsalı üzrə danışıqlar gedir”

“Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır.

Bu barədə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

O qeyd edib ki, hazırda bununla bağlı aidiyyəti qurumlar Azərbaycanla danışıqları davam etdirir: “Akıncı” PUA-sı ilə bağlı birgə nələri istehsal edə bilərik, hazırda onları dəyərləndiririk. Bizim aidiyyəti qurumlar Azərbaycanla sıx işbirliyində çalışır”.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycana kosmik sahədə, o cümlədən peyklərin istehsalı sahəsində dəstək göstərməyə hazırdırlar.