Siyasət

25 May

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası 

 Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

"Fins.az" xəbər verir ki, işçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Sonra Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən əvvəlki “Doing Business” hesabatı arasındakı fərqlər göstərilməklə Dünya Bankı Qrupunun yeni “Əlverişli Biznes Mühiti” (“Business Enabling Environment”) layihəsi, həmçinin sözügedən layihənin “Kommunal xidmətlərə qoşulma” indikatoru üzrə diaqnostikası ilə əlaqədar görüləcək işlər barədə təqdimatlar nümayiş olunub.

“Azərişıq” ASC-nin sədrinin müşaviri Fərruh Heybətov tərəfindən sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən “Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası” üzrə cari ilin müvafiq dövründə görülmüş işlər, həmçinin İşçi qrupunun 2022-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.

İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edib.