Caspian Energy Club mayın 19-dan 21-dək Gürcüstanda 27 sahibkarın iştirakı ilə Business Tour təşkil edib. Business Tour çərçivəsində bir sıra B2B və B2G görüşlər keçiriləcək.
"Fins.az" xəbər verir ki, bu barədə Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
İlk B2G görüşlərindən biri SOCAR Energy Georgia-nın baş direktoru Mahir Məmmədovla keçirilib.Görüşdə M.Məmmədov Caspian Energy Club üzvlərinə SOCAR Energy Georgia-nın fəaliyyəti haqqında məlumat verib.
M.Məmmədov qeyd edib ki, “SOCAR Energy Georgia-nın əsas fəaliyyəti Gürcüstanın yanacaq bazarında fəal iştirak etmək, Gürcüstanın əsas təbii qaz tədarükçüsü kimi mövqeyini möhkəmləndirmək və ölkə ərazisinin qazlaşdırılması üzrə hökumət proqramını daha da dəstəkləməkdir. Bu əsas vəzifələrlə yanaşı, şirkət bərpa sistemlərindən istifadə etməklə atmosferə zərərli maddələrin atılmasının azaldılması, günəş panellərinin quraşdırılması, daşınma ilə bağlı logistikanın optimallaşdırılması, ətraf mühitin mühafizəsinə yönəlmiş müasir texnologiyaların axtarışı və tətbiqi. neft məhsullarının qəbulu və satışı ilə fəal məşğul olur. Şirkət beynəlxalq standartların tələblərinə cavab verən öz proqramlarını hazırlayıb tətbiq etməklə qazpaylayıcı şəbəkələrin yüksək səviyyədə təhlükəsiz istismarını təmin edir”.
Daha sonra Telman Əliyev M.Məmmədova açıq və səmimi dialoqa görə təşəkkür edib və ona Caspian Energy Club-ın fəxri üzvü sertifikatını təqdim edib.
Görüşdə M.Məmmədov sahibkarları maraqlandıran sualları cavablandırıb, onların əməkdaşlıqla bağlı təkliflərini dinləyib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.