2022-ci ilin yanvar-aprel aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 6 milyard 783,5 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,7% çoxdur.
"Fins.az" xəbər verir, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 48,7%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 13 milyard 923,1 milyon kubmetr qaz (artım 12,4%) nəql edilib.