Siyasət

17 May

Bu il SOCAR-ın 3-cü tərəflərdən alıb satdığı neft və neft məhsullarının həcmi 14 milyon tondan çox olub

2022-ci ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib.

Bu barədə şirkətin "Facebook" səhifəsində bildirilib.

"SOCAR hazırda 40 ölkənin 100-dən çox məntəqəsində Azərbaycan nefti və neft məhsulları ilə yanaşı, 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının ticarətini də uğurla həyata keçirərək əlavə iqtisadi dəyər yaradır.

2022-ci ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 milyon ton təşkil edib.
Cari ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən 2,01 milyard m3 LNG ticarəti həyata keçirilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur", - məlumatda deyilir.