"Qazprom" nümayəndəsi Sergey Kupriyanov Ukraynanın təbii qaz tələbatında əhəmiyyətli azalma olduğunu bəyan edərək, bazar günü 62,7 milyon kubmetr olan tədarükün bazar ertəsi 46,8 milyona düşəcəyini qeyd edib.
"Fins.az" xəbər verir ki, Rusiyanın enerji şirkəti "Qazprom"un nümayəndəsi Sergey Kupriyanov, bazar ertəsi Ukraynanın təbii qaz tələbatında əhəmiyyətli bir azalma olduğunu ifadə edərək bildirib ki, Qazprom mayın 16-da Ukrayna üzərindən 46,8 milyon kubmetr təbii qaz tədarük edəcək.
Kupriyanov, paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, Rusiyanın Ukrayna üzərindən etdiyi gündəlik təbii qaz daşımaları haqqında məlumat verib.
Bu gün Ukraynanın təbii qaz tələbatında əhəmiyyətli bir azalma olduğunu ifadə edən Kupriyanov, qeyd edib ki, Qazprom mayın 16-da Ukrayna üzərindən 46,8 milyon kubmetr təbii qaz tədarük edəcək
Qazprom bazar günü Ukrayna vasitəsilə 62,7 milyon kubmetr təbii qaz nəql edib. Beləliklə, Ukrayna üzərindən Avropaya göndərilən təbii qazın həcmi dünənlə müqayisədə 25% azalacaq.
Rusiya Avropaya göndərdiyi qazın 30%-ini Ukraynanın şərqindəki Donbas bölgəsində yerləşən və gündəlik təqribən 30 milyon kubmetr təbii qaz nəqletmə qabiliyyətinə malik Sohranovka vasitəsilə nəql edir.