Siyasət

13 May

“Norm” ASC bölgələrdə gənclərin maariflənməsində dəstək olur

“Norm” ASC-nin dəstəyi, “Azərbaycan Mühəndislərinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə cari ilin 7-8 may tarixlərində Şəmkir və Tovuz rayonlarında gənclərin maarifləndirilməsi və mütəxəssis kimi yetişdirilməsi istiqamətində “Məktəblisən, mühəndissən” adlı tədbirlər həyata keçirilmişdir. Görüşlər məktəblilərin iştirakı ilə, müvafiq rayonların Gənclərin İnkişaf və Karyera Mərkəzlərində baş tutmuşdur.

Tədbirdə 9-10-11-ci sinif şagirdlərinə ixtisas seçimi zamanı diqqət etməli olduqları məqamlar, ixtisas seçimindən sonra karyera yolunda uğurla irəliləmək üçün tövsiyələr və müasir dövrün ən tələb olunan peşələrindən olan “mühəndislik” ixtisasına yiyələnmək haqda ətraflı məlumat təqdim edilmişdir.
“Norm” şirkətinin Planlama üzrə mühəndisi və "WomEngineering" layihəsinin rəhbəri Ayşən Hətəmli tədbir zamanı birliyin nəzdində fəaliyyət göstərən bu layihə haqqında, o cümlədən “Norm” ASC-də gənc kadrların inkişaf perspektivləri, şirkətlə ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində planlaşdırılan nəzəri və praktiki təcrübə mübadiləsi və gələcək karyera seçimi mövzularında geniş məlumat təqdim etmiş, sual-cavab sessiyasında aktiv şəkildə məktəblilərin suallarını cavablandırmışdır.

Tədbirin sonunda bilik olimpiyadası keçirilmiş və ilk üç yeri tutan qalib komandanın üzvləri hədiyyələrlə mükafatlandırılmışdır.
Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC  Bakı şəhəri və regionlarda yaşayan gənclərin maarifləndirilməsi, mövcud potensiallarının düzgün qiymətləndirilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində “Azərbaycan Mühəndislərinin İnkişafına Dəstək” İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində regionlarda silsilə tədbirlərə dəstək olmağa davam edəcək.