Siyasət

12 May

OPEC Azərbaycanda maye karbohidrogenlər hasilatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azalma tərəfə korrektə edib.

"Fins.az"xəbər verir ki, bu barədə "" OPEC-in aylıq hesabatında məlumat verilib.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 800 min barel səviyyəsində olacaq (bu, aprel ayında verilən proqnoz göstəricisindən 10 min barel azdır).

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

.