Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Türkiyənin “Bulutistan” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Fins.az" xəbər verir ki,bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Memorandumun məqsədi Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqini stimullaşdırmaq, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, bulud xidmətlərindən istifadəni təşviq etmək məqsədilə birgə layihələrin reallaşdırılması və dəstəklənməsidir.
2015-ci ildə təsis edilən “Bulutistan” şirkəti İT xidmətlərinin ixracını artırmağa yönəlmiş bulud hesablama platforması kimi özəl sektorla yanaşı, dövlət qurumlarına da bulud xidmətləri təqdim edir. “Bulutistan” şirkəti “Deloitte Technology Fast 50 Turkey 2019” Proqramı tərəfindən Türkiyədə ən sürətli böyüyən texnologiya şirkəti seçilib