Siyasət

12 May

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə daxil olan şikayətlərin sayı AÇIQLANIB

2022-ci il aprel ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyi bilavasitə və Energetika Nazirliyindən 523 müraciət daxil olub.

"Fins.az" xəbər verir ki, bu müraciətlərdən elektrik enerjisi təchizatı ilə bağlı 34-ü məlumat üçün olmaqla cəmi 439, Təbii qaz təchizatı ilə bağlı 7-i məlumat üçün olmaqla cəmi 67,İstilik təchizatı ilə bağlı cəmi 2,15 müraciət isə digər məsələlərlə bağlı olub.

523 müraciətdən 217 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (5 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

5 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub.260 müraciət hazırda baxılma prosesindədir.41 məlumat xarakterli müraciətdən 20-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

24 tikinti obyektinin enerji təchizat layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb.Enerji təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 7 enerji təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 18 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.247 tikinti obyektinin qaz təchizatı layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb.

Qaz təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 14 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.47 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 5 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 11 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Müəllif: Aynur Qəniyeva