Bu ilin 4 ayında operativ məlumatlara əsasən hasil edilmiş 11.1 mln.ton neftin 9 mln. tonu ixraca nəql edilib.
"Fins.az"xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov rəsmi tvitter hesabında yazıb.
O qaz ixracının həcminə də toxunaraq "Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artımla hasil edilmiş 15.7 mlrd.m3 qazın 7,6 mlrd.m3-i ixrac olunub,"-deyə bildirib.
Bu ilin 4 ayında operativ məlumatlara əsasən hasil edilmiş 11.1 mln.ton #neft|in 9 mln. tonu #İxracaNəql edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artımla hasil edilmiş 15.7 mlrd.m3 #qaz|ın 7,6 mlrd.m3-i #ixrac olunub. pic.twitter.com/JFZF1HzGSG
— Parviz Shahbazov (@ParvizShahbazov) May 12, 2022
Müəllif: Aynur Qəniyeva