2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42.3 faiz artaraq 7.7 milyard dollara bərabər olub.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 2 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 23,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 24.6 milyard dollar məbləğində polad ixrac edib.
© TurkicWorld