Siyasət

10 May

Səudiyyənin neft nazirindən xəbərdarlıq

Səudiyyə Ərəbistanının neft naziri Əbdüləziz bin Salman, xam neftdən təbii qaza qədər bir çox məhsulun qiymətlərinin artması səbəbindən enerji bazarında boş istehsal gücünün azaldığını bildirib.
"Fins.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Rusiyanın Ukraynaya təcavüzündən sonra enerji qiymətlərindəki kəskin artımdan sonra enerji bazarında bütün sektorlarda boş gücün azaldığını bəyan edib.

Əbu-Dabidə keçirilən konfransda çıxış edən nazir enerji qiymətlərinin kəskin bahalaşmasına toxunaraq, “Mən əvvəllər belə bir şey görməmişdim” deyə qeyd edib. 

Nazir dünən bildirib ki, enerji sektoruna qlobal investisiyalar azalıb və bu vəziyyət yanacağın qiymətini artırıb.