Rusiyadan çıxmaq qərarına baxmayaraq, neft nəhəngi Shell yüksək enerji qiymətlərinə rekord gəlir əldə etdi.
"Fins.az" xəbər verir ki, şirkət Rusiyanın Ukraynaya hücumundan sonra 28 fevral 2022-ci ildə ölkədəki layihələrdən çəkilməyə qərar verdiyini açıqlayıb.
Böyük Britaniyada yerləşən beynəlxalq enerji şirkəti Shell, neft və təbii qaz qiymətlərindəki artım və ticarət alətlərinin güclü performansına görə birinci rübdə rekord mənfəət əldə etdiyini açıqlayıb.
Shell, birinci rübdə mənfəətinin əvvəlki rüblə müqayisədə 43% artaraq 9,13 milyard dollara çatdığını açıqlayıb. Bloomberg-in tərtib etdiyi analitiklərin gözləntilərinə görə, şirkətin bu rübdə 8,73 milyard dollar mənfəət əldə edəcəyi gözlənilirdi. Ötən ilin eyni dövründə şirkətin mənfəəti 3,23 milyard dollar olub.
"Fins.az" xəbər verir ki, şirkət, ilin birinci yarısında cəmi 8,5 milyard dollarlıq səhm satın alma planının bir hissəsi olaraq, birinci rübdə dividend ödənişləri və səhmlərin geri alınmasının 5,4 milyard dollara çatdığını açıqladı.
Shell-in dividendləri gözlənildiyi kimi səhm başına 25 sentə yüksəldi.