Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji və ticarət sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır.
"Fins.az" bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
“Cənub Qaz Dəhlizi birgə ərsəyə gətirdiyimiz çox vacib bir layihədir. Enerji sahəsində əməkdaşlıq daha da genişlənməlidir. Aİ bunda maraqlıdır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, Aİ Azərbaycanla ticarət sahəsində əməkdaşlığın genişlənməsəində maraqlıdır. “Aİ bazarı Azərbaycan üçün əsas bazar olaraq qalır. Azərbaycan ixracının 51%-i Avropa bazarına gedir. 2021-ci ilin göstəricilərinə görə, artıq ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəyə çatıb. Biz Azərbaycanla ticarət sahəsində əməkdaşlığı genişləndirmək istəyirik ki, Avropa bazarlarına daha çox Azərbaycan məhsulları daxil olsun və ümid edirik ki, yeni saziş buna imkan verəcək”, - deyə P.Mixalko əlavə edib.
(c)İnterfax