İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Çinar-Servis” İKF qeydiyyata alınıb.
Agentlikdən "Fins.az"-a verilən məlumata görə, Sənaye Parkının rezidentlərinin sayı 28-ə çatıb.
“Çinar-Servis” İKF Sənaye Parkının 1,5 hektar ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi 13,3 milyon manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı planlaşdırılır.