OPEC+ ölkələri cari ilin mart ayında neft hasilatının azaldılmasına dair razılaşmanı 157% icra ediblər, OPEC ölkələri üzrə göstərici 155%, qeyri-OPEC ölkələri üzrə göstərici 161% təşkil edir.
Bu barədə OPEC+ Texniki Komitəsinin hesabatının mətni ilə tanış olan mənbə məlumat verilib.
OPEC+ ölkələrindən Səudiyyə Ərəbistanı 106 min barel az, Anqola 280 min barel az, Nigeriya isə 383 min barel az neft hasil edib.
Qeyri-OPEC ölkələrindən Rusiya (313 min barel az), Malayziya (131 min barel az) və Azərbaycan (85 min barel az) plandan geri qalıb
(c)İnterfaks