Siyasət

04 May

"Azərtəkrarqarametal" ASC-nin yeni direktorlar şurası seçiləcək

14 iyun 2022-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi 36 ünvanında, saat 12:00-da Səhmdar Cəmiyyətin inzibati binasında "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Fins.az"xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin elanında bildilir.

Məlumata görə, ümumi yığıncağın gündəliyinə  "Azərtəkrarqarametal" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi,"Azərtəkrarqarametal" Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının seçilməsi, "Azərtəkrarqarametal" ASC-nin 2019-cu, 2020-ci və 2021-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi daxil edilib. 

Qeyd olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi 36 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Xatırladaq ki, “Azərtəkrarqarametal” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 833254 manatdır.

Müəllif:Aynur Qəniyeva