Siyasət

03 May

Neft şirkəti 6,3 milyard dollar qazanıb

Amerikanın “Chevron” neft-qaz şirkətinin bu ilin birinci rübündə xalis gəliri 6,3 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 4,9 milyard dollar olub.

Fins.az xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Məlumata görə, hesabat dövründə “Chevron”un ümumi gəlirləri 54,37 milyard dollara çatıb. Bu göstərici 2021-ci ilin eyni dövründə 32 milyard dollar təşkil edib.

“Chevron”un birinci rübdə dünya üzrə xalis neft ekvivalenti gündəlik 3,06 milyon barel olub.