Hindistan artan enerji tələbini təmin etmək üçün bu ilin iyun ayının sonuna kimi 19 milyon ton kömür idxal etməyi planlaşdırır.
Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Dünyanın 2-ci ən böyük kömür idxalçısı olan Hindistanda hökumət ilk dəfə olaraq kömür idxalı üçün cədvəl irəli sürüb. Məlumata görə, bu vəziyyət dünyada kömür qiymətlərinə təzyiq göstərə bilər.