Siyasət

03 May

BP 20 milyard dollar zərərlə üzləşib

Britaniyanın neft və qaz şirkəti BP-in bu ilin birinci rübündə xalis zərəri 20,384 milyard dollar olub.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Mənfi maliyyə göstəricisinin əsas səbəbi şirkətin müharibə səbəbilə “Rosneft”in nizamnamə kapitalından çıxmaq qərarı olub.

Hesabat dövründə BP-in gəliri isə 40% artaraq 51,22 milyard dollar təşkil edib.