Siyasət

03 May

Macarıstan Qazaxıstandan neft idxalını artırıb

"Macarıstan son zamanlar Qazaxıstandan neft idxalını artırıb. Hazırda ölkənin ehtiyaclarının 16%-i Qazaxıstan nefti hesabına ödənilir".  

Fins.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, Macarıstan Qazaxıstandan neft alışının həcmini artırıb, lakin onun tranziti “Drujba” (Rusiya ərazisindən keçir) neft kəməri ilə həyata keçirilir.