Avropada qaz ehtiyatları artmağa davam edir.
Fins.az xəbər verir ki, bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson energetika nazirlərinin Brüsseldə fövqəladə iclasından sonra bildirib.
Simsonun sözlərinə görə, Avropa İttifaqı hazırda rekord həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) qəbul edib və terminalların tutumu 100%-ə çatıb.
Bundan əlavə, ötən həftə qaz tədarükləri gündəlik 0,4 milyard kubmetrə çatıb. Avropada qaz anbarlarının doluluq səviyyəsi isə 32% təşkil edir.