Avropada yanvar ayı ilə müqayisədə elektrik enerjisi bahalaşıb.
Qiymət artımı ölkələrə görə fərqli olub. Ən ciddi artım 103%-lə Bolqarıstanda qeydə alınıb. Növbəti yerləri Yunanıstan (+96%) və Estoniya (+83%) bölüşür.
Bəzi ölkələrdə isə azalma müşahidə olunub: Slovakiya (-12%), Çexiya (-5%) və Portuqaliya (-1%).
Tariflərə gəlincə, ən ucuz elektrik Lüksemburqdadır: 100 kVt/saat üçün 19,89 avro. Hersoqluqda il başlayandan qiymət demək olar dəyişməyib. Avropa üçün elektrikin orta qiyməti 100 kVt/saat üçün 23,69 avro təşkil edir.
Qitədə ən baha enerji Danimarkadadır - 100 kVt/saat üçün 34,48 avro. Növbəti yerlərdə Almaniya (32,34), Belçika (29,94) və Fransa (20,22) gəlir.