Bu ilin yanvar-mart aylarında Azərbaycan 30,9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 28,5% azdır.
"Fins.az"xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 43,2 mln. dollar təşkil edib.
Məlumata görə, mart ayında isə Azərbaycan 10,4 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 18,2% çoxdur.