Siyasət

26 Aprel

Azərbaycanda bu ilin üçüncü rübündə helikopter zavodu işə salına bilər - Şahin Mustafayev

Azərbaycanda artıq 2022-ci ilin üçüncü rübündə Rusiya ilə birgə inşa olunmuş helikopter zavodunun işə salınması mümkündür.

Bunu baş nazirin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.

Bundan başqa, o bildirib ki, Rusiyadan Azərbaycana mineral gübrə və taxıl tədarükünün artırılması planlaşdırılır.

Nazir müavini əlavə edib ki, "Aqroekspress" layihəsi hər iki ölkənin qida təhlükəsizliyinə töhfə verə bilər.

Ş.Mustafayev bildirib ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyət barədə bir sıra razılaşmalar əldə olunub və ölkələr arasında qarşılıqlı fəaliyyət bir sıra istiqamətlər üzrə strateji səviyyəyə çatıb

"Bizim ticarət, nəqliyyat, investisiyalar istiqaməti üzrə işlərin həyata keçirildiyi 8 yol xəritəmiz var. Rusiya Azərbaycanın üç ən böyük ticarət tərəfdaşından biridir. Azərbaycan Rusiya iqtisadiyyatında 1,2 milyard dollardan, Rusiya Azərbaycan iqtisadiyyatına 6 milyard dollardan çox investisiya qoyub. Biz rusiyalı investorların özünü burada rahat hiss etməsi üçün bütün şəraiti yaradırıq", - Ş.Mustafayev deyib.

© Trend