Siyasət

22 Aprel

“Bakıtikişsənaye”nin  səhmdarları şirkətin gələcək fəaliyyətini mezakirə edəcək

4 iyun 2022-ci il tarixində “Bakıtikişsənaye” ASC  səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi).

2. 2021-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiya­sının hesabatı.

3.Cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi.

4.Təşkilati məsələlər (idarə heyəti, müşahidə şurası və təftiş komissiyasının tərkibinə baxıl­ması).

5.Sair məsələlər.

Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Həsən Əliyev küçəsi 1008-ci məhəllədə keçiriləcəkdir.