2022-ci ilin yanvar-mart aylarında muxtar respublikada 263 milyon 789 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,5% üstələyib.
"Fins.az" xəbər verir ki,Naxçıvan Dövlət Statistika Komitəsi bu barədə məlumat yayımlayıb.
Məlumata görə,sənaye məhsulu istehsalının 92,8 %-i malların, 7,2 %-i isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,8% təşkil edib.