Siyasət

21 Aprel

"Avtomotoservis" səhmdarlarına dividend ödəyəcək

"Avtomotoservis" Açıq Səhmdar Cəmiyyəti 25 may 2022-ci il tarixində saat 12:00-da keçiriləcək səhmdarların yığıncağı haqqında elan edib.

"Fins.az" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin elanında məlumat verilir. 

Məlumata görə, yığıncağın keçirilmə ünvanı: Bakı şəh., Ə.Rəcəbli küç., 1963-cü məhəllə. ASC-nin inzibati binası, 3-cü mərtəbə.

Əlaqə telefonları: 4656439 (əlavə 13); 0554060278

Yığıncağın gündəliyi:

1. Səhmdar Cəmiyyətinin idarəetmə orqanının 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. ASC-nin maliyyə durumu və dividendlərin bölgüsü.

3. Cəmiyyətin balansında olan inventarların təsdiq edilməsi.

Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən Səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini də xahiş edirik