İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - “Medtest” MMC qeydiyyata alınıb, bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.
"Fins.az"xəbər verir ki, “Medtest” MMC tərəfindən Pirallahı Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək.
Layihənin investisiya dəyəri 2,75 milyon manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.
İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.