Siyasət

19 Aprel

SOCAR qazma işlərini  2.7 dəfə artırıb

2022-ci ilin birinci rübündə SOCAR qazma üzrə artıma nail olub.

"Fins.az"xəbər verir ki, şirkət tərəfindən 18 min metrdən artıq qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Məlumata görə,hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan  çox neft, 1,9 milyard kubmetrdən çox qaz hasil olunub. Neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan4 çox neft və 11,8 milyard kubmetr5 qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5 faiz artıb.


Müəllif: Aynur Qəniyeva