Siyasət

19 Aprel

"Şahdəniz" üzrə kondensatın satışından gəlirlər 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 359 125 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,3 dəfə çoxdur.

"Fins.az" xəbər verir ki,  "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.04.2022 tarixinə) 62 494 min dollar olub, bu da 2,14 dəfə artım deməkdir.

Məlumata görə, ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 911 mln. dollar (01.04.2022 tarixinə) təşkil edib.